ABŞ-nin ədliyyə naziri - baş prokuror Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərdə adı çəkilən 300-dən çox tanınmış şəxsin siyahısını dərc edib.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, tam siyahı baş prokurorun Konqres üzvlərinə ünvanladığı məktubunda əks olunub.
Məktubda ABŞ Ədliyyə Departamentinin “Epşteyn işi” üzrə dərc etdiyi materiallarda adı ən azı bir dəfə çəkilən bütün keçmiş və hazırkı məmurlar, siyasi cəhətdən əhəmiyyətli şəxslər və məşhurlar qeyd olunub. Onların arasında ABŞ Prezidenti Donald Tramp, sabiq ABŞ liderləri Bill Klinton, Barak Obama, Cozef Bayden, ABŞ-nin sabiq dövlət katibləri Hillari Klinton, Entoni Blinken, “WikiLeaks”in qurucusu Culian Assanj, məşhur müğənnilər Maykl Cekson, Beyonse, Bono, Böyük Britaniya kralı III Çarlz qardaşı, titullardan məhrum edilmiş şahzadə Endryu, amerikalı aktyor Alek Bolduin, İsrailin keçmiş Baş naziri Ehud Barak, amerikalı rejissor Vudi Allen və digər məşhurlar var.
Baş prokurorun məktubuna əsasən, Ədliyyə Departamenti öz sərəncamında olan və insan alveri məlumatları, sənədlərin gizlədilməsi faktları və s. daxil olmaqla doqquz kateqoriya üzrə bütün qeydləri, sənədləri, ismarışları və istintaq materiallarını dərc edib.
“Materiallar narahatlıq hissi, reputasiyaya zərər və ya siyasi həssaslıq səbəbilə redaktə edilməyib”, - baş prokurorun məktubunda deyilir.
Ən maraqlı məqam isə siyahıda baş prokuror Pem Bondinin öz adının da yer almasıdır.
Tam siyahı ilə aşağıda tanış ola bilərsiniz:


