Xalq artisti Emin Ağalarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib.
OLAY yazır ki, o Prezidentlə birgə yer aldığı foto və videoları paylaşaraq bu sözləri yazıb:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibəti ilə təbrik edirəm. Möhkəm can sağlığı, uğurlar və xalqın rihafı naminə gələcək nailiyyətlər arzu edirəm. Dəstək və etimadına görə təşəkkür edirəm”.