Əməkdar artist Elton Hüseynəliyev Xalq artisti Flora Kərimova haqqında söylədiyi fikirlərlə bağlı danışıb.
OLAY yazır ki, o “Full şou”da qonaq olarkən bu sözləri deyib:
“Flora xanımın Allah canını sağ eləsin. Mən onun sənətindən bəhrələnən insanam, repertuarından da həmişə oxumuşam. Sadəcə misal çəkdim ki, o ürəyinin təmizliyindən, heç kimi qırmamaq üçün verilən bütün mahnıları oxuyub. Təbii ki, onun oxuduğu bütün mahnılar gözəldir. Ancaq sual versələr ki, Flora xanımın hansı mahnıları var, yadımda qalan mahnıları sayacam. Elə mahnılar var ki, 1 dəfə oxunub, heç efirə də getməyib. Belə bir yanaşma idi”.