Dayanmadan fərqli layihələr üzərində çalışan müğənni Elçin Cəfərov repertuarına yeni mahnı əlavə edib.

OLAY yazır ki, sənətçi yeni mahnısının tanıtımı üçün məşhur fotoqraf Elgün Zamanın kamerası qarşısına keçib.

Elçin Cəfərov sosial media hesabında yeni mahnısından qısa hissə paylaşıb. Mahnı hələ işıq üzü görməsə də, artıq dinləyicilər arasında böyük maraq doğurub.

Musiqi həvəskarları mahnının tam versiyasının tezliklə yayımlanmasını səbirsizliklə gözlədiklərini bildiriblər.

Sosial şəbəkə istifadəçiləri isə artıq mahnının hit olacağını qeyd edirlər.

Qeyd edək ki, Elçin Cəfərovun yeni mahnısı yaxın günlərdə dinləyicilərə təqdim olunacaq.

Elçin Cəfərov yeni layihəsini təqdim edəcək