Dünya çempionatında erkən uduzaraq mübarizəni dayandıran Olimpiya çempionumuz Hidayət Heydərov bununla bağlı paylaşım edib.
OLAY yazır ki, o, instaqram hesabında bu sözləri yazıb:
“Doğma vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi. Sonsuz təşəkkürlər”.
