Hollivud aktrisası Ancelina Colinin keçmiş əri Bred Pitt ilə davam edən məhkəmə prosesi onun sağlamlığına mənfi təsir göstərib.

OLAY yazır ki, Radar Online nəşrinin məlumatına görə, son vaxtlar Colinin vəziyyətinə görə uşaqları onu 24 saat nəzarətdə saxlayır.

Mənbənin bildirdiyinə görə, 2021-ci ildə aktrisa biznes menecerinə yazdığı məktubda belə deyib:

“Stressdən qurtulmalıyam. Dürüst desəm, narahatlıqdan xəstələnirəm kimi hiss edirəm”.

Hazırda onun övladları — 24 yaşlı Maddox, 22 yaşlı Pax, 20 yaşlı Zahara, 19 yaşlı Shiloh və 17 yaşlı əkizlər Knox və Vivienne — ananı heç vaxt tək qoymamaq barədə razılaşıblar.

Mənbə əlavə edib: “Onlardan biri mütləq evdə onun yanında olur.”

Coli və Pitt 2016-cı ildə ayrılıb, 2019-cu ildə rəsmi boşanıblar. Bundan sonra uşaq qəyyumluğu və əmlak bölgüsü ilə bağlı məhkəmə prosesi başlayıb. Cütlüyün birlikdə altı övladı var — bəziləri bioloji, bəziləri isə övladlığa götürülüb. 2023-cü ilin oktyabrında onların ayrılıq səbəbləri ilə bağlı təfərrüatlar açıqlanmışdı.

Bundan əvvəl Colinin Los-Ancelesi tərk edib haraya köçmək istədiyi də xəbər verilib.