Bu gün Azərbaycanda qısa iş günüdür.
OLAY yazır ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.
Belə ki, 27-28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.
Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Qeyd edək ki, Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşür. Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günü olacaq.
Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.