Amerikalı reper Kardi Bi Los-Ancelesdə keçirilən Baby2Baby Gala mərasimində fərqli görünüşü ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi Tamara Ralph imzalı libas, iri ağ lələkli baş aksessuarı və uzun əlcəklərlə qırmızı xalçaya çıxıb.

Qeyd edək ki, xeyriyyə məqsədilə təşkil olunan gecə aztəminatlı ailələrin uşaqlarına dəstək üçün keçirilib.