Aktyor Nicat Rəhimov yeni nəsil həmkarları ilə bağlı tənqidi çıxış edib.

OLAY yazır ki, bu barədə sənətçi “İncə səhər”də danışıb. O bildirib ki, gənclər sosial media ilə sənəti səhv salırlar:

“Bizdən sonra aktyor görmürəm. Bəlkə də istedadlı gənclər var. Aktyorluqla sosial şəbəkələri səhv salırlar. Baxırsan, video çəkir, amma orada sənət yoxdur. Yenə də deyir, “aktyoram”. Təhsil önəmlidir, lakin insan aktyor kimi doğulmalıdır”.