Reper Kanye Uest Sankt-Peterburqda ləğv edilən iki konsert üçün təxminən 20 milyon dollar alıb.

OLAY yazır ki, böyük ehtimalla bu pul reperin özündə qalacaq. Onun müqaviləsində konsertlərin ləğv edilməsi halında vəsaitin geri qaytarılmasını nəzərdə tutan bənd yoxdur. Bununla yanaşı, mənbə 20 milyon dolların xalis qonorar olmadığını bildirib. Bu məbləğdən sənətçinin komandasının fəaliyyət xərcləri də qarşılanır.

Xatırladaq ki, avqustun əvvəlində “Say Agency” şirkəti Kanye Uestin “Qazprom Arena”da oktyabrın 10-u və 11-i üçün planlaşdırılan iki konserti barədə elan etmişdi. Lakin qısa müddət sonra stadionun administrasiyası agentliklə icarə müqaviləsinin bağlanmadığını və biletlərin lazımi sənədlər olmadan satışa çıxarıldığını açıqlayıb.