Rusiyanın “Qolos” səs yarışmasında həyəcanlı anlar yaşanıb.
OLAY yazır ki, münsiflərdən biri olan Pelaqeya azərbaycanlı iştirakçı Azər Nəsibov və başqa iştirakçı arasında seçim etməli olub.
O, digər iştirakçını seçsə də, göz yaşlarına boğularaq Azər Nəsibova təriflər yağdırıb.
Qeyd edək ki, Azər Nəsibov daha əvvəllər də bu layihədə iştirak edib və hər kəsin qəlbini fəth etməyi bacarıb.