Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının əməkdaşı, aktrisa Ulduz Süleymanova vəfat edib.

OLAY yazır ki, bununla bağlı Naxçıvan MR Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Prezident mükafatçısı teatrda 27 ildən artıq fəaliyyət göstərib, 100-dən artıq obraza həyat verib.