Audiovizual Şura ötən gün İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişinin efirinə nümayəndə göndərməyib.
OLAY yazır ki, televiziyadakı vəziyyətin müzakirə olunduğu proqramda aparıcı Vüsalə Məmmədova bu haqda danışıb:
“Əməkdaşlarımız Audiovizual Şura ilə əlaqə saxladılar və bu axşamkı müzakirəmizlə bağlı məlumat verdilər. Şuradan studiyamızda qonaq gözləyəcəyimizi dedik. Onlar bu müzakirədə iştirak etmək istəmədiklərini bildirdilər”.