Müğənni-bəstəkar Murad Arifin musiqiçilərinin başına bədbəxt hadisə gəlib.

OLAY yazır ki, bu barədə Murad instaqramda video paylaşıb. O bildirib ki, ansamblı ilə bölgələrdən birində keçirilən tədbir üçün yola çıxıb.

Lakin musiqiçilərin olduğu maşın yolda selə düşüb. Həmin anları paylaşan sənətçi “Ansamblımı sel aparırdı” şərhini yazıb.