Dünyaca məşhur aktrisa Ancelina Coli “TIME France” jurnalının ilk nömrəsinin üz qabığında yer alıb.

 OLAY yazır ki, o verdiyi səmimi müsahibədə həyatı, övladları və humanitar fəaliyyəti haqqında danışıb. Reportaj çərçivəsində o, 2013-cü ildə keçirdiyi profilaktik mastektomiya əməliyyatından qalan çapığını da nümayiş etdirib. Məqsədi döş xərçənginin erkən aşkarlanmasının vacibliyinə diqqət çəkməkdir.

Ancelina Colinin bu addımı dünya miqyasında böyük təsir yaradıb. “Ancelina effekti” kimi tanınan bu hadisə nəticəsində bir çox ölkədə, o cümlədən Fransada, xərçəng müayinələrinə maraq əhəmiyyətli dərəcədə artıb.

Ancelina Coli “TİME France” jurnalının üz qabığında yer aldı