Aparıcı Xoşqədəm Baxşəliyeva mərhum anası ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o anası ilə övladlarının videosunu paylaşaraq bu sözləri yazıb:

“Deyirlər ki, xatırlamaq gözəldir... Amma hər xatirə bir az da yaradır insana. Keçmişdən gələn bir gülüş, bir baxış, bir səs...Bir anlıq içimizi isidər, sonra əlini uzadıb toxunmaq istəyəndə buxarlanıb gedər. Xatirələr toxunulmazdır – bizə yalnlz yaşadığını xatırladar, geri qaytarmadan. Anamlı günlərimdən geri qalanlar...”.