Gənc müğənni Amir Paşayev Araz FM-in “Yeni Avaz” layihəsi çərçivəsində 15 il öncənin hit mahnısı olan “Buludlar”ı yenidən ifa edib.
OLAY yazır ki, mahnının musiqisi və sözləri İsmayıl Əsədov və Ceyhun Zeynalova məxsusdur. Bu dəfə əsər pop janrına uyğunlaşdırılaraq yeni versiyada təqdim olunub.
Mahnını səsləndirən isə bəstəkar, müğənni və eyni zamanda “Səs Azərbaycan” yarışmasının tanınmış iştirakçılarından biri olan Amir Paşayevdir.
Araz FM-in layihəsi çərçivəsində bu əsər artıq radiolarda, Xəzər TV-də yayımlanır və YouTube platformasında da dinləyicilərin ixtiyarına verilib.