Türk aktrisa Didem Balçın ötən gün Etilerdə görüntülənib.

OLAY yazır ki, aktrisa müxbirlərin “Arıqlamısınız” sözlərinə cavab verib.

Balçın “Mən onsuz da son bir ildir arığam. Siz məni sonuncu dəfə nə vaxt görmüsünüz? Boyum 1,72 metr, çəkim isə 58 kiloqramdır. Tez-tez kökəlirəm və çox sürətlə arıqlaya bilirəm. Əgər arıqlama iynəsindən istifadə etdiyimi ima etməyə çalışırsınızsa, elə bir şey yoxdur” deyə gülərək bildirib.

Aktrisanın dəyişimi diqqət çəkdi Aktrisanın dəyişimi diqqət çəkdi