29 yaşlı supermodel Bella Hadid 2012-ci ildən bəri əziyyət çəkdiyi Laym xəstəliyinin (gənə mənşəli borrelioz) növbəti kəskinləşməsindən göz yaşları içində danışıb.

OLAY yazır ki, supermodel paylaşdığı hekayələrdə səmimi etiraflarını bölüşüb:

“Bu kəskinləşmədən heç cür çıxa bilmirəm. 11 saat yatdım. Yenə... Hər gün gündüz də yatıram. Getdiyim bütün həkimlərin tövsiyə etdiyi bütün müalicələri sınamışam. Amma yenə də heç nə kömək etmir. Bu gün mənə “gündəlik tut” deməyin günü deyil. Bəli, su içmişəm. Xeyr, gəzintiyə çıxmamışam, çünki hətta mətbəxdən belə çölə çıxmamışam. Elə bilirəm ki, beynimdə işləyən bir dənə də olsun hüceyrə qalmayıb, son iki hüceyrəm isə bir-biri ilə dalaşır. Duş qəbul etdim və huşumu itirmədim... Bu, bu gün mənim üçün böyük nailiyyət idi”.

Xatırladaq ki, müasir dövrün ən məşhur və ən çox tələbat olan supermodellərindən biri olan Bella Hadid artıq 14 ildir Laym xəstəliyi ilə yaşayır. Eyni diaqnoz onun anası Yolanda Hadid və qardaşına da qoyulub. Xəstəliyin vaxtaşırı kəskinləşməsi səbəbindən Bella bəzən karyerasına müvəqqəti fasilə vermək məcburiyyətində qalır.

Ağlayaraq xəstəliyinin ağırlaşdığını bildirdi Ağlayaraq xəstəliyinin ağırlaşdığını bildirdi