İnfluenser Aynişan Quliyeva Qarabağ səfərindən video çəkib.
OLAY yazır ki, Aynişan vlogda atası Xalid Quliyevin döyüşdüyü və şəhid olduğu ərazilərə yollanıb. Aynişan paylaşımda atasının şəhid olması ilə bağlı bunları yazıb:
“O, xüsusi təyinatlı tank sürücüsü idi və müharibəyə könüllü yollanmışdı. Döyüşlərin birində üç əsgər yoldaşını mühasirədən xilas edib. Geri qayıdarkən idarə etdiyi tank minaya düşüb və atam şəhidlik zirvəsinə ucalıb”.