Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən “Leyli” obrazında səhnəyə çıxacaq.

OLAY yazır ki, bu barədə sənətçi Qaynarinfo-ya açıqlamasında məlumat verib.

Gülüstan Əliyeva sonuncu dəfə 2018-ci ildə “Leyli” obrazında çıxış etdiyini bildirib:

“Çox böyük fasilə oldu. 8 ildir ki, bu obrazdan kənarda qalmışdım. Gözləmədiyim halda bu mövsüm yenidən “Leyli və Məcnun” tamaşasında oynayacağımla bağlı qərar verildi. Çox sevindim. Yenidən tamaşaçılar məni bu obrazda görəcəklər. Noyabr ayında sevdiyim obrazla tamaşaçıların qarşısında olacağam”.

“Leyli” obrazına necə qayıtdığı ilə bağlı sualı cavablandıran Gülüstan Əliyeva bildirib:

“Teatrın direktoru tolerant insandır, dünyaya açıq bir sənətkardır. Səhnədə görünüşü, şeəsi olan sənətkarları diqqətdə saxlayır. Odur ki, “Leyli” ilə yenidən opera səhnəsindəyəm”.

Gülüstan Əliyeva bu mövsüm üçün planlarından da danışıb:

“Oktyabrda “Vaqif” operasında oynayacağam. Bundan əlavə, solo konsert layihəm də var”.