“Yeşilçam”ın unudulmaz simalarından biri olan Nuri Alço Asiye Acarın aparıcılığı ilə yayımlanan “Pazar Gezmesi” proqramında evinin qapılarını tamaşaçıların üzünə açıb.
OLAY yazır ki, Alçonun illərdir böyük diqqətlə qoruyub saxladığı geyimləri proqramın diqqətçəkən hissələrindən biri olub. Onun qarderobundan çıxan xalat isə “Yeşilçam” dövründə canlandırdığı ikonik rolları yenidən xatırladıb.
Tanınmış aktyor illər sonra yenidən xalatı geyinərək kamera qarşısına keçib.
Təxminən 50 il sonra eyni geyimdə poza verən Nuri Alço bu görüntüsü ilə tamaşaçıları “Yeşilçam” illərinə nostalji səyahətə çıxarıb.