Gənc reper Lil Poppa vəfat edib.
OLAY yazır ki, Florida ştatında fəaliyyət göstərən repçi, əsl adı Canarius Maykil Viler, 25 yaşında dünyasını dəyişib.
Xəbər Corciya ştatının Fulton Tibbi Ekspertiza Ofisi tərəfindən təsdiqlənib. Qurum TMZ-yə bildirib ki, o, çərşənbə günü (18 fevral) Şərq vaxtı ilə saat 11:23-də vəfat edib.
Ölüm səbəbi hələlik ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, Lil Yo Gotti-nin Collective Music Group leybli ilə çalışıb və 2021-ci ildə Billboard siyahılarına düşən debüt albomu Blessed, I Guess-i yayımlayıb. Onun Under Investigation 3 adlı miksteypi də 2022-ci ildə hit-paradlara daxil olub.
O, Polo G, Moneybagg Yo və Mozzy kimi ulduzlarla əməkdaşlıq edib.
Onun ən son çıxışı olan “Out of Town Bae” mahnısı cəmi bir neçə gün əvvəl yayımlanıb və o, martda Nyu Orleans şəhərində səhnəyə çıxmağa hazırlaşırdı.