Aktyor Müşviq Şahverdiyevin “Qurd dişi” adlı yeni komediya filmi təqdim olunub.

Layihənin premyerası ötən gün Nizami Kino Mərkəzində baş tutub.

Ekran işinin baş rolu M. Şahverdiyev OLAY-a açıqlamasında filmin baş tutma prosesindən bəhs edib:

“Film 1 ilə ərsəyə gətirilib. Ssenarini 2024-ün yayında hazırlamışıq. Bir ildən çox çəkilən əziyyət var, inşallah əziyyətimiz yerdə qalmaz. Kommersiya filmləri az büdcə ilə ərsəyə gəlir. Dəstəyi sponsorlardan, dostlardan alırıq. Büdcə çox olsa, daha yaxşı iş görmək olar. Bizim büdcə 250 min manat civarındadır. O büdcə ilə film çəkmək çox çətindir, amma biz çəkirik. Böyük komanda çalışır, məkanlar üçün pul lazımdır. Komandanın yeməyi, qalmağa yeri və sairə üçün də büdcə lazım olur. Biz yenə də sponsor tapıb çəkirik. Pandemiyadan əvvəl yerli filmlərimiz yaxşı baxılırdı, amma sonradan zəiflik oldu. Kinoteatra gələn insanların sayı azalıb. İnanıram ki, “Qurd dişi” filmi yeni nəfəs gətirəcək”.

Filmdə İlkin Misgərli, Könül Yusifqızı, Elsevər Camal, Aygün Akif, Mələk Hacıyeva, Niyaz İlyasoğlu kimi simalar da rol alıb.

Ekran işinin rejisoru Elmir Süleymanovdur.