Olay
Olay

Nuradan küsülü olduğu Nigara dəstək

Nuradan küsülü olduğu Nigara dəstək

Müğənni Nura Suri illərdir küsülü olduğu həmkarı Nigar Camalla bağlı xoş addım atıb.

OLAY yazır ki, ifaçı Eldar Qasımovla Nigarın ötən gün paylaşılan “10 il sonra” layihəsini izləyicilərlə bölüşərək “Çox bəyəndim” sözlərini yazıb.

Qeyd edək ki, sənətçilərin arasında küsülülük 3 il öncə başlayıb. Nura Suri “ATV maqazin onlarla” proqramında Samir Cavadzadə ilə küsməsinin səbəbinin Nigar olduğuna eyham vurmuşdu. N.Camal isə eyni proqramda onun ittihamının əsassız olduğunu bildirmişdi.