Olay
Olay

Samirə Nigarı görməzlikdən gəldi

Samirə Nigarı görməzlikdən gəldi

Müğənni Samirə Əfəndi və Nigar Camal arasında olan küsülülük davam edir.  Belə ki, ötən gün “Səhər mərkəzi” proqramına qonaq olan Samirə bunu bir daha biruzə verib. 

OLAY yazır ki, sənətçinin qonaq olduğu verilişdə kiçik bir oyun keçirilib. Oyun zamanı digər qonaq aktyor İslam Mehrəliyevə N. Camalın fotosu göstərilərək bunu Samirəyə izah etməsi tapşırılıb. İslam ““Avroviziya” qalibidir, xanımdır” deyə izah etsə də, Samirə Nigarın adını çəkmək istəməyib.

O, təkidlə Eldar Qasımovun adını səsləndirməkdə davam edib. Nigarın fotosu ekrana gəlsə də, Samirə onun adını hallandırmaq istəməyib. Aparıcı Afaq Gəncəli Nigarın adını çəkəndən sonra ifaçı da "Nigardı" deyə bildirib. Samirə daha sonra “Bu şəkilləri kim seçib” deyərək reaksiya verib.   

Qeyd edək ki, bir müddət öncə iki sənətçi arasında qalmaqal yaşanıb. Buna səbəb N.Camalın həmkarını tənqid etməsi olub.