Olay
Olay

Nigar küsülü olduğu Röyanın mahnısını oxudu

Nigar küsülü olduğu Röyanın mahnısını oxudu

Müğənni Nigar Camal uzun illərdir küsülü olduğu Xalq artisti Röya Ayxanın mahnısını oxuyub.

OLAY yazır ki, sənətçi dörd ildir qalmaqallı şəkildə dostluğunu bitirdiyi həmkarının Elşad Xose ilə “Gəl danış” duetini ifa edib.  

Nigarın tərəf müqabili isə Eldar Qasımov olub.  Hətta N. Camal sözügedən mahnıya klip də çəkdirmək qərarına gəlib və yerli rejissorlarla danışıqlara başlayıb. 

Qeyd edək ki, Röya ilə Nigar “Altın Kelebek” mükafat gecəsində münasibətlərinə son qoyublar.