Olay
Olay

Toyda “Bermud üçbucağı”... - VİDEO

Toyda “Bermud üçbucağı”... - VİDEO

Ötən gün Sevda Yahyayevanın toyunda bir vaxtlar qalmaqal yaşayan və küsülü olan sənətçilər bir araya gəlib.

OLAY yazır ki, aparıcı Afaq Gəncəlinin gərginlik yaşadığı müğənnilər Günay İbrahimli və Xatirə İslam eyni görüntüdə yer alıblar. Həmçinin, G.İbrahimli və “prodüser” mübahisəsi yaşadığı Xatirə İslamın mehriban olmaqları da diqqət çəkib.

Qeyd edək ki, A.Gəncəli “Günayın səs tonunda, münasibətində, davranışında doğru olmayan şeylər olub”,- deyə, açıqlama verərək onunla düşmən olmadığını, lakin küsülü olduqlarını bildirmişdi. Onlar bir neçə ay öncə barışıblar.

Aparıcının Xatirə İslamla qalmaqalı isə müğənninin “Efirlərə pul qarşılığında çıxacağam” açıqlamasından sonra olmuşdu.

Günayla Xatirəninin mübahisəsi isə “ATV maqazin onlarla” verilişində alovlanmışdı. Xatirə qarşı tərəflə bağlı “Xuraman Şuşalının anası rəhmətə getdi. Mənə zəng gəldi. Dedi, Günay İbrahimlinin prodüseriyəm. Günay xanım dedi ki, Xuraman xanımın anasının yas yeri haradadır? Dedim, get ona de ki, darıxmasın hələ. Əgər telefonu mən götürmüşəmsə, sənin köməkçin məni yığa bilməz” sözlərini demişdi. Tərəflər bir müddət sonra barışmışdı.