Aktrisa Oksana Rəsulova və aktyor Ziya Ağanın rol aldığı “İnstinkt” tamaşasının premyerası olub.
OLAY yazır ki, Xalq artisti Vidadi Həsənovun səhnələşdirdiyi tamaşa “M Teatr”da baş tutub. İki gün ard-arda çıxan “İnstinkt”in hekayəsi kənddən şəhərə oxumağa gəlmiş sadəlövh bir qızdan bəhs edir.
Belə ki, o, öz tələbə yoldaşına – “əcaib görünüşlü” fotoqrafa vurulur. Həmin “cool boy” onun ağlını başından alır, ləyaqətini alçaldır, bəkarətini pozur, gələcəyini məhv edir... O qız uzun ayrılıqdan sonra, artıq təcrübəli bir qadın kimi, yenidən “İnstinkt” adlanan fotostudiyaya qayıdır.