Olay
Olay

Turanə məşhur festivalda belə göründü

Turanə məşhur festivalda belə göründü

Ötən gün Türkiyədə məşhur “Korkut Ata” Türk Dünyası Film Festivalının mükafatlandırma gecəsi baş tutub.

OLAY yazır ki, tədbirdə “Altın kelebek”də Azərbaycanın parlayan ulduzlarından biri seçilən aparıcı-aktrisa Turanə Hüseynli də iştirak edib.

Sənətçi gecədə tərzi ilə xüsusi diqqət çəkib. Belə ki, o, bənövşəyi, uzun tül ilə bəzədilmiş libasını eyni rəng əlcəklə tamamlayıb. Saçlarını isə açıq buraxmağı seçən aktrisa zərif görüntü əldə edib.

Qeyd edək ki, mükafatlandırmada mədəniyyət naziri Anar Kərimov da iştirak edib. Festival gələn il Şuşada keçiriləcək.