Olay
Olay

“Atama heç vaxt halallıq verməyəcəyəm”

“Atama heç vaxt halallıq verməyəcəyəm”

Müğənni Günel Ələkbərovanın atası ilə bağlı etirafı diqqət çəkib.

OLAY yazır ki, ifaçı bu barədə “Ümid ilə gəl” layihəsində danışıb. O, atasına halallıq vermədiyini bildirib.

“Atam ölüm ayağında olanda məni çağırdılar ki, gəl, halallıq ver, getmədim. Heç vaxt da halallıq verməyəcəyəm. Axirətdə də Allah məni onunla qarşı-qarşıya qoyar, mənə düşən hesabatımı soruşaram. Çünki atam yanımda olsaydı, həyətın bəzi üzlərini görməzdim, ögey ata əlində böyüməzdim. Anam necə lazımdır ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, hörmətli adamdır, çoxu da tanıyır. Mən formalaşandan sonra, çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıb. Siz mənim yerimdə olsaydınız, halallıq verərdiniz? Heç vaxt da vermərəm”.