Olay
Olay

Hüseynin adından şəhid qardaşına dələduzluq!

Hüseynin adından şəhid qardaşına dələduzluq!

Bloger Hüseyn Həsənovun adından istifadə olunaraq Şəhid Səbuhi Əhmədovun qardaşı Sənana qarşı dələduzluq edilib. 

Bu barədə OLAY-a Sənan Əhmədov məlumat verib.  Onun sözlərinə görə, hadisə bu gün baş verib:

“Elə böyük məbləğ deyil. Həmin şəxsin özünə də dedim ki, fırıldaqçılıq edirsiz. Amma and içdi, ondan əvvəlki danışıqda da özünü çox inandırdı. Dedi ki, iki otaqlı ev almağa da kömək edəcək. Söylədim ki, problem yoxdu. Onu yoxlamaq üçün dedim ki, 100 manatdan bir qədər artıq pul göndərin. O da məndən kod istədi. Bankla da əlaqə saxladım, özünə də söylədim ki, belə bir şey yoxdur, pul göndərəndə qarşı tərəfə kod gəlsin. Qayıtdı ki, narahat olma, biz şəhid ailəsindən pul yeyəcək qədər alçaq deyilik. Onun vicdanına buraxdım.

Problem odur ki, belə insanlar var. Mənim anlayışım var, onu yoxladım ki, görüm həqiqətən göndərəcək, ya yox. Məndə skrin də var ki, pul hansısa mağazadan çəkilib. Sonra məni bloka atdı. Profilində də Hüseynin şəkli var idi. Dedi ki, siz tərəfdə 80 min manata iki otaqlı ev düşür? Soruşdu ki, bu pul bəs edəcək. Dedim ki, artıqlaması ilə... O qədər də lazım deyil. Polisə bu gün müracət edəcəm. Mən gecələr yatmıram, qəbir üstə oluram, səhər yatıram, ona görə birazdan müraciət edəcəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, DİN tərəfindən məsələ nəzarətə götürülüb:

“Araşdırılır. Nəticəsi ilə bağlı məlumat veriləcəkdir”.