Olay
Olay

Nigarın ikinci övladı olacaq

Nigarın ikinci övladı olacaq

Azərbaycanın tanınmış stilisti Nigar İbrahimova növbəti dəfə ana olacaq.  

OLAY-ın əldə etdiyi məlumata görə, N. İbrahimova xoş xəbəri dostları və yaxınları ilə bölüşüb. 

Stilist altı həftəlik hamilədir və ikinci övladını dünyaya gətirməyə hazırlaşır.  

Qeyd edək ki, Nigar iş adamı Ruslan Saniyevlə ailəlidir.  Cütlüyün bu nikahdan Selcan adlı bir qız övladı var.