Bir müddət əvvəl Greencard udaraq Amerikaya köçən “Dəyirman” qrupunun keçmiş solisti Elmir Teymur (Məhərrəmov) dünyaca məşhur aktyor Uill Smitlə görüşüb.
OLAY yazır ki, eks-müğənni bu barədə instaqram hesabında məlumat verib. Elmir qeyd edib ki, o, Hollivud ulduzunun yeni nəşr olunan kitabının Bruklində təqdimatına qatılıb.
“Həyatımda keçirdiyim ən gözəl gecələrdən biri idi. Əfsanə Smiti şəxsən gördüm, bu fürsətə görə minnətdaram. O, beynimdə ilişib qalan bir şeyi dedi - əslində bəxt gətirmir, çünki hazırlıq fürsətlə qarşılaşanda bəxt olur”,- deyə bildirib.