Xalq artisti Könül Xasıyeva ATV-nin efirində göz yaşlarını saxlaya bilməyib.
OLAY yazır ki, məşhur xanəndə “1 dəqiqə” proqramında qonaq olarkən dünyasını dəyişən anasından danışıb.
Sənətçi qeyd edib ki, valideyni öldükdən sonra həyatdan küsüb:
“İstəməzdim ki, ailəm dağılsın. Hansı ana istəyər? Bu hadisə anamın ürəyini incitdi. Onu qocaldan digər məqamlar da var idi. Açıqlamaq istəmirəm. 2000-ci ildən sonra xəstələndim, anam fikir elədi. Hansı ana olsaydı, belə edərdi. 2002-ci ildə xəstəxanada yatanda təzyiqim sıfıra düşdü. Zəng vururlar, anam gəlir. Özümə gəldim, gözümü açıb gördüm ki, bir ayağında ayaqqabı, digərində corab belə yox idi. Anam həyatdan gedəndən sonra mənim üçün hər şey bitdi”.
Daha sonra o, oğlu və özünü öldürmək istəyini qeyd edib:
“Kazımla dənizə getmişdik. Onun 6-7 yaşı var idi. Dənizə atılmaq istəyirdim. Allah saxladı. Şüurlu şəkildə özümü və oğlumu öldürmək istədim. Oğlumu da özümlə birgə aparmaq istədim. 14 ildir yatmıram, səhərə kimi oğlumun yanında oyaq otururam. Çünki o gecə oyanır, narahat olur. O yuxudan qalxdıqdan sonra mən oturduğum yerdə mürgüləyirəm”.