Olay
Olay

Qardaşı oğlu şəhid olan Xalq artisti efirdə ağladı

Qardaşı oğlu şəhid olan Xalq artisti efirdə ağladı

Xalq artisti Mənsum İbrahimov ATV-nin efirində qonaq olarkən göz yaşlarını saxlaya bilməyib.  

OLAY yazır ki, “1 dəqiqə” proqramına qatılan muğam ustadı 44 günlük Vətən Müharibəsində şəhid olan qardaşı oğlu İsrafil İbrahimovdan danışıb.  

“Ona atamızın adını qoymuşduq. Könüllü olaraq müharibəyə getdi. Anasına demişdi ki, siz mənimlə fəxr edəcəksiz, ya şəhid olacam, ya qazi... Şəhid olmamışdan bir gün qabaq hər birimizə zəng vurdu. Bəlkə də, ürəyinə danmışdı. Kefi yaxşı idi, ona dedim ki, özünü qoru! Cavab verdi ki, əmi, biz vətəni qoruyuruq, özümüzü qorumağa vaxtımız yoxdur”, - deyə xanəndə bildirib. 

Daha sonra kiçik çavuş barədə süjet təqdim olunub.  Bu zaman Mənsum İbrahimov göz yaxşlarını saxlaya bilməyib. 

Qeyd edək ki, İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. İsrafil Prezident İlham Əliyev tərəfindən 4 medal və bir ordenlə təltif olunub.