Olay
Olay

“Ölüm xəbərini eşidəndə segah oxudum”

“Ölüm xəbərini eşidəndə segah oxudum”

Xalq artisti Nəzakət Teymurova mərhum Əməkdar artist Süleyman Abdullayevlə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi xanəndə ilə birgə çəkilən fotonu instaqramda paylaşaraq, bu fikirləri qeyd edib:

“Muğam dünyamızın bir yarpağı da töküldü... Dədə Süleymanı da itirdik. Dədə, özümdə güc tapa bilmədim, səni xəstə yatağında ziyarət edim. Sən bizim gözümüzdə qaməti əyilməz Dədə idin. Zalım xəstəlik səni də yatağa saldı. Ağır itkidir sənət üçün. Hər bir xanəndə dünyaya muğamla göz açır, muğamla da köçür. Ölüm xəbərini eşidəndə ruhuna fatihə, sonra isə segah oxudum. Allah rəhmət etsin sənə, Dədə Süleyman!”.

Xatırladaq ki, S. Abdullayev dünən 83 yaşında dünyasını dəyişib.