Olay
Olay

Qışda gözünüzdə olacaq eynəklər...

Qışda gözünüzdə olacaq eynəklər...

Tez-tez kombinasiyalarımızın ayrılmaz parçası kimi görünən gün eynəkləri sözsüz ki, hər mövsümün sevimli aksesuarıdır. 2022-2023 payız-qış kolleksiyasından ilhamlanaraq mövsümün fərqlənən 5 məşhur eynək modellərini araşdırdıq. 

OLAY sözügedən eynəkləri təqdim edir:

İdman zərifliyi

Müasir və eyni zamanda dəbdə olan eynək modeli xəyalınızdırsa, idman eynəklərini mütləq sevəcəksiniz. Payız aylarında geyimlərinizlə xüsusi uyğunluq yaradacaq.

Rəng oyunları

Günəşin buludların arxasında gizləndiyi günlər gəldiyində geyimlərimizdə istər-istəməz daha tünd rənglərə üstünlük veririk. Dizaynerlər isə xüsusilə bu il tünd tonlara müraciət etmək üçün tələsməməyi məsləhət görür. Tərz paltolar, parlaq gödəkçələrlə yanaşı, rəngli çərçivəli eynəklər də payız aylarına dinamik daxil olmağınızı təmin edə bilər.

Klassik eleqant

Minimalist tərzi həyatınızın hər sahəsində tətbiq etməyə çalışırsınızsa və aksesuar seçərkən risk etməyi sevirsinizsə, klassik modellər bu payızda sizi tək qoymamaqda qərarlıdır. İllər keçsə də, populyarlığını itirməyən oval çərçivələr havalı görünüşlərin baş rolları olacaq. 

Pişik gözünün ilhamı

Pişik gözündən ilhamlanan bu model dəbdəbəli moda evlərinin diqqət mərkəzindədir. Payız qarderobunuzda olan sviterlər, yun palto və çəkmələr pişik gözündən ilhamlanan gün eynəkləri ilə birgə harmoniyada rəqs edəcək.

Nostalji effekti

70-ci illərdən ilhamlanan böyük çərçivəli eynəklər 2022-ci ilin payızına havalı giriş edir. Geyimlərə asanlıqla uyğunlaşa bilən bu eynəklər, eləcə də xüsusi kəsimli şalvarla bütünləşəcək.