Olay
Olay

“Sənin üçün çox şeyi qurban verdim”

“Sənin üçün çox şeyi qurban verdim”

“Bu gün səninlə həmişəlik vidalaşdım. Uzun yol getdik səninlə. Məni o qədər çətinliklərə salırdın ki... Yenə də üz döndərmədim səndən”.

OLAY yazır ki, bu sözləri Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz sosial media hesabında “Yuxu kimi” serialındakı obrazı Aqşin barədə yazıb.

Ötən gün serialdakı sonuncu səhnəsi yayımlanan sənətçi fikirlərini belə dilə gətirib:

“Hamıdan fərqli oldun mənim üçün, amma bir gün səni özümdən qoparmalıydım. Mən sənin üçün çox şeyi qurban verdim, çox əngəllər aşdım, mənə çətin gələn çərçivələri qırdım. Çox heyf ki, sən mənə bunların qarşılığını verə bilmədin. Yolun açıq olsun. Mənim daha içində olmayacağım dünyanda xoşbəxt ol, Aqşin. Əlvida!”.

Qeyd edək ki, İbrahim Aqşin obrazı üçün bir dəfə 22 kiloqram, bir dəfə isə 10 kiloqram arıqlayıb. Sənətçi günlərlə adada qalaraq orada çəkilişlər etmək məcburiyyətində qalıb.