Olay
Olay

Nəsrinin 16 yaşlı pişiyi öldü

Nəsrinin 16 yaşlı pişiyi öldü

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin pişiyi ölüb.

OLAY yazır ki, sənətçi 16 illik ev yoldaşı barədə İnstaqramda paylaşım edib:

“Çikom, ən pis düşdüyün fotonu ən birinci paylaşmağım yəqin ki, səni əsəbiləşdirərdi. Amma məni bağışla! Bu foto 16 illik mübarizəmiz və mücadiləmizin bir xülasəsidir. Ötən həftə çəkmişdim. Bilmirəm neçənci dəfə o biri dünyaya addım atmağa qərar verdiyin, nəfəssiz qaldığın bir anının ortasında evdən ümidsizliklə getmişdim. Bilərək saatlarla çöldə vaxt keçirib, dönüşümdə cansız bədənini görəcəyəmi gözləmişdim. Sən isə bilmirəm neçənci dəfə qapıda məni bu gözlərlə qarşılamış və yenə qorxaqlığıma meydan oxumuşdun. Sən kartlarını həmişə həyatda qalmaq üçün istifadə etdin. Doğuşdan daşıdığın su içində qəlbin, böyrək çatışmazlığın və son 4 ildə məni hər 12 saatda bir insulin dozası professoru etdiyin diabetinlə tibblə, elmlə, yazılmamış həyat qanunları ilə bağlı bildiyimiz hər şeyə “kəllə atdın”. Sən kitablarda yazılan hər şeyin tam tərsi idin. “Əsla yaşaya bilməz”, “İlk dəfədir belə bir şey görürük, evə aparın...” -  Bu cümlələri neçə ünvandan neçə dəfə eşitdik. Neçə kərə yanlış diaqnozlara, müalicələrə məruz qaldıq. Amma ölmədik, 16 il yaşadıq. Həm də elə-belə yox, bənzəri olmayan bir mübarizə örnəyi kimi, inadla yaşadıq.

Məni belə bir həyat yaşayaraq çarəsizliyin, qorxaqlığın, ümidsizliyin, pessimistliyin, inancsızlığın qaranlıq dəhlizlərində gəzdirdiyin üçün sənə çox təşəkkür edirəm. Buralardan güclənərək çıxdım. Hələ də qorxağam, amma əvvəlki kimi deyil, hələ də pessimistəm, ancaq öncəki kimi deyil, hələ də çarəsizəm, lakin əvvəlki kimi yox... Zaman keçdikcə, evdəki boşluğun daha da böyüyür, Çikom!

Sən mənə möcüzələrə inanmağı öyrətdin. Möcüzəvi bir şəkildə yaşadığın üçün ölümün də bir ölümdən çox möcüzəyə bənzədi. Ağ, şişman bir bulud olacağına və mənə hər gün görünəcəyinə əminəm. Bizi bu manyakca həyat mücadiləmizdə və bu inadımızda yalnız tək buraxmayan anama, köməkçimə təşəkkür edirəm.

Birisi bir möcüzəyə inananda onu gerçəyə dönüşdürmək üçün yoldaşlar lazımdır. Bütün yol yoldaşlarımıza təşəkkür edirəm!”.