Olay
Olay

“Həyat və səhnə iradəsizləri sevmir”

“Həyat və səhnə iradəsizləri sevmir”

Xalq artisti Zülfiyyə Xanbabayeva “Nargis” jurnalının 13 sual rubrikasında qonaq olub.

OLAY yazır ki, ötən gün yeni yaşına qədəm qoyan sənətçi özünə sonsuz mərhəmət, arzular və bitib tükənməyən planlar diləyib.

Tərzini özünün müəyyənləşdirdiyini deyən Xanbabayeva düşünür ki, insan həyatı boyu ən azı bir dəfə aşiq olub, onun “altını” çəkməlidir. Müğənni ən yaxşı xüsusiyyətinin isə balansı qorumaq olduğunu bildirib.

“Həyat və səhnə iradəsizləri sevmir”, - deyə, Xalq artisti müsahibədə söyləyib.

Xarakterini üç kəlimə ilə izah edən Z.Xanbabayeva suallara belə cavab verib:

“Zarafatcıl, emosional, tələbkaram. Hər qadın bacardığı qədər ağıllı, müdrik, ləyaqətli və zərif olmalıdır”.

“Xoşbəxtlik anlardan ibarətdir. Bu, mənim üçün ilk növbədə ailəm, əzizlərim, sevənlərim və sənətimdir”, - deyən sənətçi kaprizli olmağı ilə bağlı suala “Kaprizimi ancaq yaxınlarıma göstərə bilərəm. Bu, işdə sadəcə məsuliyyətdir” sözləri ilə cavab verib.

Bütün qadınlar kimi Xanbabayeva da şoppinq vurğunu olduğunu gizlətməyib:

“Şopinq mənim üçün hər kəsi, hər şeyi, hətta özümü belə unutmaqdır”.