Qarabağ zəfərinin birinci ildönümü türkiyəli məşhurların da diqqətindən qaçmayıb.
OLAY yazır ki, Flash TV-də yayımlanan “Al sana haber” verilişində himnimiz səsləndirilib və aparıcılar həmin vaxt ayaq üstdə dayanıblar.
Bu anlar isə sosial mediada müzakirə mövzusu olub. Məşhurların sanki birinci sinif uşaqları kimi dayandıqları, həmçinin, görüntülərinin xoş olmaması müzakirə edilib.
Qeyd edək ki, verilişin aparıcıları müğənnilər Nihat Doğan, Tuğba Ekinci, Ebru Polat, sosial media fenomeni Bahar Candan və prodüser Seyhan Soyludur.