Olay
Olay

Azərbaycanlı müğənni Türkiyədə döyüldü

Azərbaycanlı müğənni Türkiyədə döyüldü

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsünün hücumuna məruz qalıb.

OLAY yazır ki, bu barədə “Habertürk” məlumat paylaşıb.

Beyoğlunda qeydə alınan hadisə N. Bağıyeva işdən evə qayıdarkən baş verib.

Belə ki, taksi sürücüsü yolun sağ tərəfindən ötmə əməliyyatını həyata keçirmək istəyən vaxt müğənninin maşınına çırpılıb.

Taksiyə siqnal verərək onu saxlatmağa çalışan Nərgiz daha sonra sürücü tərəfindən döyülərək, təhqir olunub.

Sürücü onun başını yolun kənarındakı metal baryerə vurub. Nəticədə kəllə-beyin travması alan ifaçının burnu əzilib.

Bağıyeva hadisə ilə bağlı polisə şikayət ərizəsi ilə müraciət edib.

“Mənə hücum etdikdən sonra maşına oturub qaçdı. Normal insan bunu etməz. Ya narkotikin, ya da içkinin təsirində olan biri bunu edə bilər. Əlimdən telefonumu alıb qırdı, təhqirlər etdi. Bütün sümüklərim ağrıyır. Şikayətçiyəm, onun kimi insanların cəzasını vermək lazımdır”, - deyə, Nərgiz qeyd edib.