Olay
Olay

“İşindən olsun istəmirəm, amma əlimdə elə səbəblər var ki...”

“İşindən olsun istəmirəm, amma əlimdə elə səbəblər var ki...”

Əməkdar artist Nigar Şabanova növbəti dəfə boşanması haqda açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Elgizlə izlə” proqramında danışıb. Nigar deyib ki, hərbçi həyat yoldaşından 6 ay əvvəl boşanıb:

“Xoş başladı, hər kəs istəyər ki, xoşbəxt olsun. Ailə quranda heç kim düşünmür ki, dağılacaq. Qürurla, fəxrlə, sevinərək evlənirsən. Qadın ailədə təkbaşına mübarizə aparırsa, qarşı tərəf üçün bir fərqi yoxdursa, ziyanın yarısından qayıtmaq yaxşıdır. Bu beş aydır baş verib, artıq 6-cı aya keçirik. İstədim ki, qapalı olsun, açıqlanmasın. Nə qədər də olsa, tanınmışsan, xəbər yayılır. Jurnalistlər yığırdılar, bu barədə açıqlama vermirdim, deyirdim ki, yeri deyil. Kaş səbəb qısqanclıq kimi bir şey olsaydı. Heç xəyanət də yox idi. Ümumiyyətlə həmişə demişəm ki, xəyanətə görə ailə dağılmaz. Bunu birmənalı olaraq qəbul etmirəm, fikrimə görə qadınlar da məni qınadılar.

Özünə hörmət edən kişi qadınına hörmətsizlik etməz. Xanımın da ailədə sığındığı bir nöqtə var, övlad, öz adı və sairə. İki ilə yaxındır adıma görə mübarizə apardım. Nə qədər gülürəmsə, içimdə bir o qədər yoxam. Ayaqda durmağa çalışıram. Bunu Allah yazıbsa, yaşamalıyam. Bu günlərdə özümü məhv etməklə, zəif göstərməklə nəsə düzələn deyil. Həm ağılsız qadın deyiləm ki, qısqanclığa yol verim. Sənin üçün birinci sənət idisə, ailə qurma. Evlənmisənsə, ailə birinci gəlməlidir, sonra sənət. Onun peşəsinə çox hörmət etdiyim üçün, istəmirəm işindən olsun. Çünki əlimdə elə səbəblər var ki, heç bir qadına onu arzu etmirəm. Heç bir qadına yaşadığım iki ili arzulamıram. Onun peşəsinsə, karyerasına hörmət edirəm, ona görə susuram. Allah xoşbəxt etsin və bundan sonraki qurbanlarına səbir versin”.  

Qeyd edək ki, N. Şabanova Xüsusi Təyinatlı Qüvvələrin giziri Xəyyam Qaragözovla evli idi.