Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrinin birinci kursa başlayanlarla bağlı sosial şəbəkədə canlı yayımda dediyi sözlər müzakirə yaradıb.

OLAY yazır ki, TikTok-da “leylakenan” adı ilə canlı yayım açan tələbələr ADMİU-nun birinci kurs tələbələri ilə bağlı xoşagəlməz sözlər deyib, təhqir ediblər.

Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyib, onlara xəsarət yetirəcəklərini və bunu ilk dəfə etməycəklərini bildiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli "Qafqazinfo"ya bildirib ki, polis məsələdən məlumatlıdır, hazırda araşdırma aparılır.

***

DİN rəsmisi Lumu İsrəfilli növbəti açıqlamasında bildirib ki, aparılan araşdırmalarla sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal RPİ-yə dəvət olunub.

“Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub”, - qeyd edib.