Aparıcı Aytən Səfərova Xəzər TV-dəki həmkarı Mətanət Əliverdiyeva ilə fotosunu paylaşıb.
OLAY yazır ki, o, instaqramda bölüşdüyü selfiyə “Yaxşı ki, yenidən bir kollektivdəyik. 16 ildir bir-birimizlə sevincli və kədərli günlərimizi bölüşmüşük. Sənə sidq ürəkdən uğurlar arzulayıram, Mətiş”, - deyə, yazıb.
Aparıcı Kazım Sübhanın “Həmişə mehriban olun” sözlərinə isə Aytən “Çəkişməsən, bərkişməzsən” şərhi ilə cavab verib.
Qeyd edək ki, tərəflər arasında dava “Maşın” realiti-şousunda baş vermişdi. Layihənin 2018-ci ildə çəkilən bölümlərində veriliş zamanı sözlü şəkildə dalaşsa da, reklam fasiləsində M. Əliverdiyeva əlindəki suyu Aytənin üzərinə tökmüşdü.