Olay
Olay

Nigar keçmiş ərini təhqir etdi

Nigar keçmiş ərini təhqir etdi

“Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacam. Görərsiz ki, hər forma geyinən kişi ola bilmir. Kişiliyi peşə ilə qarışdırmayın. Kişi ailə başçısı qeyrətli oğlan olmaq başqa işdir. Peşə, forma geyinmək başqa işdir”.

OLAY yazır ki, bu sözləri instaqramda Əməkdar artist Nigar Şabanova boşandığı əri Xəyyam Qaragözovla bağlı yazıb.

Sənətçi ona pis şərh yazanlara cavab verib:

“Pis yazan hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasını Allah xoşbəxt etsin. Kaş, bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışaydı. Kişilik qanda yoxdursa, sonradan onu heç bir qadın ərində əmələ gətirə bilməz. Hamı sussun, əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib paylaşmıram”.

Qeyd edək ki, Nigar X. Qaragözovla ötən ilin oktyabrında nikah bağlayıb. Bu gün isə onunla boşandığını açıqlayıb.