Xalq artisti Həmidə Ömərova “Xəzər axşamı” verilişində qonaq olarkən kövrək anlar yaşayıb.
OLAY yazır ki, buna səbəb sənətçinin bir neçə həftə öncə dünyasını dəyişən yaxın dostu, aktrisa Fərqanə Quliyevadan bəhs etməsi olub.
Ömərova Fərqanə xanımla son görüşünü belə ifadə edib:
“Fərqanə xəstəxanada idi. O, xəstə olmağını hamıdan gizlədirdi. Oğlu mənimlə əlaqə saxladı. Çəkilişdə bizə10-15 dəqiqə yemək arası fasilə vermişdilər, ona zəng etdim. Fərqanə mənə dedi ki, “Həmidə, ürəyimə damıb ki, sabah yox, birisi gün öləcəm”. Oğlu Elşəni mənə vəsiyyət etdi. Mən ona qışqırdım. Fərqanə həmişə belə danışanda onu sakitləşdirirdim. Səhər özümü onun yanına çatdırdım, əllərindən tutdum. Dedim, “Fira, mən burdayam. Əgər məni eşidirsənsə, barmağını tərpət”. Ağır nəfəs aldı. İki dəqiqə keçmədi… Neçə dəfə görmüşəm ki, insan ölür, amma… (kövrəlir) 18 yaşından bəri biz birlikdə olmuşuq. Allah ona rəhmət etsin”.
Xatırladaq ki, aktrisa, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü Fərqanə Quliyeva 22 sentyabrda uzun sürən xəstəlikdən sonra vəfat edib.