Olay
Olay

“Bu uşaq kimə güvənir?”

“Bu uşaq kimə güvənir?”

Müğənni Ayan Babakişiyeva sosial şəbəkələrdə yayılan məktəblinin öz sinif yoldaşını döydüyü videoya münasibət bildirib.

OLAY yazır ki, bununla bağlı o, instaqramda paylaşım edib.

Ayan deyib ki, həmin uşaqlar vəhşicəsinə və qəddar hərəkət edib:

“Sinif yoldaşına qarşı heyvani, vəhşicəsinə, amansızcasına hərəkət edir. Digəri də bunu rahatlıqla çəkir. Görün siz uşağınızı necə sevgisiz, mərhəmətsiz böyüdürsünüz. Bunlar cəmiyyətə zombi kimi yanaşırlar. Fikirləşirlər ki, ziyan vurmaqla, əl qaldırmaqla eqolarını tətmin edə bilərəm. Məktəbdə bununla bağlı tədbir götürülmür. Bu uşaq kimə və nəyə güvənir? İmkanlı ailənin övladı ola bilərsən, əsas odur ki insansan. İnsanlara qarşı da insan kimi davranmalısan. Mədəniyyətin, tərbiyən, intelektin yoxdursa, heyvanlarla yaşa.

Onlar da belə qəddar olmur. Sən bu həyatdan təcrid ol, cəmiyyətdə yaşama. Bunu övladlarımız görür, gələcək nəsil də görəcək. Bir hərəkət edəndə, deyirsiz ki, müğənnilər örnəkdir. Örnək müğənni deyil. Sizin ananız, atanızdır nümunə. Müğənninin gücü işıqlandırmaq, göstərməkdir. Belə məsələlərdə sakit qalıram, amma  içimdə çəkirəm. Fikirləşirəm ki, dövr zəmanə hara gedib çıxır. Harada görmüsünüz ki, müğənninin övladı harınlamış hərəkət edir, kiminsə həyatına zərər vurur. Deyəcəksiz ki, sizin çatışmayan tərəflərniz var. Siz öz çatışmayan tərəflərinizlə məşğul olun. Səhifənzidə yazırsınız: evli, xoşbəxt uşaqlı. Nə evli? Evinizdən xəbəriniz yoxdur sizin”.