Olay
Olay

“Evliliyə layiq olmayan xanımlar “Toy olsun”a çıxdı”

“Evliliyə layiq olmayan xanımlar “Toy olsun”a çıxdı”

Aparıcı Elgiz Əkbər bir vaxtların reytinqli proqramı “Toy olsun”dan danışıb.

OLAY yazır ki, bu barədə o, həmin verilişdə tərəf müqabili olan Ülvira Qarayevanın “Astar” TV-dəki layihəsində açıqlama verib.

Elgiz proqramın bitmə səbəbindən bəhs edib:

““Toy olsun” verilişi yarananda elə həyata keçirdik ki, ata-ana övladının əlindən tutub bizə həvalə edirdi. Proqrama inam, səmimiyyət var idi. Bu hadisələr normal həyatda necə cərəyan edirdisə, efirdə də elə idi. Çox təəssüf edirəm ki, layihənin sonlarına yaxın efirdə baş verənlər insanlarda inamsızlıq yaratdı. Evliliyə hazır və layiq olmayan xanımlar verilişə çıxdı. Gərək bəzi adamları efirə çağırmazdıq. Bu tək bizim problem deyildi. Elə onların da (“Onun yarısı” - red.) problemi idi. Özümüzdən danışıram. Düzdür, veriliş bağlanmadı, ilin sonuna qədər davam etdik. İki il sonra könüllü layihəni bitirdik”.